“Tour d’Azerbaidjan” başa çatdı - YENİLƏNİB
05 may 2013 19:26 (UTC +04:00)

“Tour d’Azerbaidjan” başa çatdı - YENİLƏNİB

 Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yürüşün son – V mərhələsi Bakıda keçirilib.

Velosipedçilər 146 km uzunluğu olan mərhələni Azadlıq meydanından başlayıblar. Onlar ardınca Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında finiş xəttinə çatıblar. 

Son mərhələnin qalibi Tomas Vaitkus (Litva yığması) olub. İkinci yeri “Leopard-Trek”in (Lüksemburk) üzvü Sean De Bye tutub. İlk “üçlüyü” isə “Rabobank”dan (Hollandiya) Konstant Qodrye qapayıb. 

Qeyd edək ki, bundan öncə keçirilən 4 mərhələnin hamısında Azərbaycanın “Synergy Baku” komandasının üzvləri fəxri kürsüdə yer almışdı

 

***

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yürüşün son – V mərhələsi Bakıda start götürüb.

 


Velosipedçilər 146 km uzunluğu olan mərhələni Azadlıq meydanından başlayıblar. Onlar Bakının mərkəzi küçə və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında finiş xəttinə çatacaqlar.

 

 

Turda Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Hüseyn Cavid prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, Füzuli küçəsi, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Puşkin küçəsi marşrutu üzrə 144 kilometr məsafədə 12 dəfə dövrə vurulacaq.

 

 

Qeyd edək ki, Tour d'Azerbaidjan - UCI Europe Tour çərçivəsində 2.2. kateqoriyası üzrə velosiped yarışıdır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1238
avatar

Oxşar yazılar