“Top gah qapı dirəyinə dəydi, gah qapıçının burnuna, gah da qulağına…” - MÜSAHİBƏ
26 dekabr 2012 17:32 (UTC +04:00)

“Top gah qapı dirəyinə dəydi, gah qapıçının burnuna, gah da qulağına…” - MÜSAHİBƏ

“İnter”in futbolçusu Asif Məmmədov “Neftçi” ilə məzələndi

 

Bakı “İnter”inin futbolçusu Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib. Lent.az-ın məlumatına görə, yarımmüdafiəçi “Neftçi” ilə 1:1 hesabı ilə başa çatan son oyundan danışıb və mövsümün ilk yarısını dəyərləndirib:

 

- “Neftçi” ilə oyun barədə nə deyə bilərsiniz?

 

-Düşünürəm ki, ilk hissədə bərabər oyun oldu, fasilədən sonra isə biz yaxşı oyun sərgilədik, hətta rəqibdən iki baş üstün oynadıq, lakin bəxtsizlik qonaqların qapısı önündə yaratdığımız çoxsaylı vəziyyətlərdən heç olmasa birini yerinə yetirməyə mane oldu.

 

- Yəni ikinci hissədə buraxılmış bütün anları bəxtsizliklə əlaqələndirirsiniz?

 

- Bəli, məhz bəxtsizliklə əlaqələndirirəm. Bizim bəxtimiz gətirmədi. Top gah qapı dirəyinə dəydi, gah qapıçının burnuna, gah da qulağına… Bir sözlə, top qapıçının əsasən müxtəlif bədən hissələrinə dəydi və israrla qapıdan keçmək istəmirdi.

 

- Çox güman ki, baş verənlər komandanı realizasiyalar üzərində diqqətlə işləməyə vadar edəcək…

 

- Əlbəttə. İndi bizi qış fasiləsi gözləyir, bütün komandalar toplanışa yollanacaq. Bizim də fasilədə realizasiyalar üzərində işləməyə vaxtımız olacaq. Şanslarımızdan inamla yararlanmaq və daha soyuqqanlı davranmaq lazımdır.

 

- “Neftçi” ilə matçda “İnter” bir xal qazandı, yoxsa iki xal itirdi?

 

- Dəqiq deyə bilərəm-biz iki xal itirdik.

 

- Bu mövsüm “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşə bilmiş yeganə Azərbaycan klubudur. Bu faktor komandamıza əlavə motivasiya verirdimi?

 

- Biz “Neftçi” ilə oyuna ikiqat motivasiya ilə köklənirik. Bu komanda ilə matçlar həmişə mürəkkəb keçir. “Neftçi” yerli futbolun liderlərindən biridir. Bu komanda qızıl medallara əsas namizədlərdən biridir, buna görə də onlarla qarşılaşmalara həmişə xüsusi köklənirik.

 

- “İnter” qış mövsümünə çempionatın lideri kimi yollandı. Mövsümün ilk hissəsini necə dəyərləndirərdiniz?

 

- Biz çempionata o qədər də parlaq başlamadıq. Lakin sonradan özümüzə gəldik və oyunumuzu tapdıq. Əla haldır ki, biz mövsümün birinci hissəsini lider kimi başa vurduq, ancaq irəlidə bizi çoxsaylı oyunların gözlədiyini unutmamalıyıq. Bizə rahatlaşmaq lazım deyil, ilk hissədə olduğu kimi hərəkət etmək lazımdır.

 

- Azarkeşlər ikinci hissədə “İnter”dən nə gözləsinlər?

 

- Çempionatın ikinci hissəsində ötən 18 turda əldə etdiyimiz uğurumuzu möhkəmləndirmək lazımdır. Komanda toplanışda yaxşı çalışmalıdır. Çatışmazlıqlarımızı aradan qaldırmağa çalışmalı və çempionatda mübarizəni yaxşı ritmdə davam etdirməliyik.

# 751
avatar

Oxşar yazılar