“Sumqayıt”ın futbolçusu “Sabah”da
31 may 2019 15:27 (UTC +04:00)

“Sumqayıt”ın futbolçusu “Sabah”da

0
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 
 
ONA-nın məlumatına görə, Cavid Tağıyev bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 
 
26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Karyerası ərzində “Turan”, AZAL, “Qarabağ” və “Zirə”də çıxış etmiş yarımmüdafiəçinin son komandası “Sumqayıt” olub. 
 
Qeyd edək ki, C.Tağıyev Azərbaycan millisində 2 oyun keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 769

Oxşar yazılar