Zaqatalada keçirilən "Simurq" - "Neftçi" matçının sonlarında meydanda kütləvi insident baş verib. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, epizodların birində meydan sahiblərinin futbolçusu sərt oyun nəticəsində yerdə qalıb.
Bu zaman onun komanda yoldaşları ilə qonaq komanda arasında toqquşma olub. Qalmaqalda "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə daha çox diqqət mərkəzində olub. Hakimlərin müdaxiləsindən sonra münaqişə yatırılıb. Yunuszadəyə isə qırmızı vərəqə göstərilib.