“Şaxtyor” klubu tarixində 9-cu dəfə futbol üzrə Ukrayna Kubokunun qalibi olub. Lent.az-ın məlumatına görə, baş məşqçi Mirça Luçeskunun komandası finalda Odessa “Çernomorets”ini darmadağın edib.
Hesabı 40-cı dəqiqədə Fernandinyo açıb. Teyşeyra 54-cü, Tayson isə 74-cü dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdiriblər – 3:0.
Qeyd edək ki, “Şaxtyor” daha öncə Ukrayna çempionu da olub.