Rusiyanın “Rubin” futbol klubunun keçmiş idman direktoru Muhsin Muhamadiyev Tacikistan milli komandasına baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, Muhamadiyev bu postda Nikola Kavazoviçi əvəzləyib.
Muhamadiyev Kazan klubunda baş məşqçi postunu 2008-ci ildən 2012-ci ilin iyununadək tutub. Bundan sonra isə istefaya göndərilib. O, futbolçu kimi 1994-cü ildə “Spartak”ın heyətində Rusiya çempionu olub.