İtaliyanın “Roma” futbol komandasının kapitanı Françesko Totti klubla müqaviləsini uzadıb. Lent. az-ın “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, 37 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb.
Tottinin illik əmək haqqı 3,2 milyon avro təşkil edəcək. Karyerasını başa vurduqdan sonra isə ona 5 il müddətinə klubun səfiri vəzifəsi təklif ediləcək.
Qeyd edək ki, Françesko Totti yalnız peşəkar futbolçu karyerasına 1992-ci ildə başladığı “Roma”da çıxış edib. O, 535 oyuna 227 qol vurub.