“Qəbələ”nin sabiq qapıçısı “Neftçi”də
01 iyul 2013 12:43 (UTC +04:00)

“Qəbələ”nin sabiq qapıçısı “Neftçi”də

“Neftçi” futbol klubu Latviya yığmasının qapıçısı Pavel Doroşevlə müqavilə imzalayıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı qolkiperlə 1 illik müqavilə bağlanılıb.

 

Yeni transfer “ağ-qaralar”ın Avstriyadakı düşərgəsinə qoşulub və hazırlığa başlayıb. O, flaqmanın Almaniyanın aşağı liqa təmsilçisi “Vakker Burqhauzen”lə yoxlama matçının ikinci hissəsində meydana çıxıb. Görüş “Neftçi”nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Cavid İmamverdiyev, Bahodir Nasimov və Nicat Qurbanov vurub.

 

Qeyd edək ki, vaxtilə “Qəbələ”nin də şərəfini qorumuş Pavel Doroşevin sonuncu klubu “Metallurq” (Liepaya) olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar