“Qəbələ”nin gələcək məşqçisi Mircavadovun tələbə yoldaşı olub
07 may 2013 11:31 (UTC +04:00)

“Qəbələ”nin gələcək məşqçisi Mircavadovun tələbə yoldaşı olub

“Yuri Syomini yaxşı tanıyıram, əla mütəxəssisdir. Onunla ötən əsrin 80-ci illərində 2 il Moskvada Ali Məşqçilər Məktəbində birgə oxumuşuq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. 

Mircavadov tanınmış rusiyalı mütəxəssis Yuri Syominin “Qəbələ”nin baş məşqçisi postuna gətirilməsinə münasibət bildirib. 

Onun fikrincə, böyük təcrübəyə malik Syominin Azərbaycanda uğur qazanacağına ümid edir: “Həmkarıma uğurlar arzulayıram. Syomin adətən “Top-komandalar”da işləyir. Uzun illər baş məşqçisi olduğu Moskva “Lokomotiv”ini dirçəldib, Kiyev “Dinamo”sunda, Rusiya millisində işləyib. İddialı məşqçidir, həmişə yüksək yerlər uğrunda mübarizə aparır. Ancaq bir şeyi də nəzərə alaq ki, Azərbaycan, Rusiya və Ukrayna futbolu arasında böyük fərq var”.

Mircavadov rusiyalı həmkarı ilə yaxın münasibətlərdə olduğunu bildirib: “Mən “Neftçi”nin baş məşqçisi olarkən, 2005-ci ildə “Birlik kuboku”nun finalında Syominlə üzləşdim. Onda onun çalışdırdığı “Lokomotiv”ə uduzduq - 1:2. Ancaq mən Syominin komandasına oyunla uduzmadım. Orda hakim səhvi oldu. Çünki hesabı açan Zaur Tağızadə ardından təmiz qol vursa da, hakim bunu saymadı. Təsadüfi deyil ki, oyundan sonra Syomin mənə yaxınlaşıb, “sən məni uddun” dedin. Onunla sonuncu dəfə “Xəzər Lənkəran”da işlədiyi zamanı Antalyada görüşmüşəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar