“Qəbələ”nin gələcək məşqçisi: “İnciməyin, qoy reallaşsın, sonra” - MÜSAHİBƏ
07 may 2013 17:35 (UTC +04:00)

“Qəbələ”nin gələcək məşqçisi: “İnciməyin, qoy reallaşsın, sonra” - MÜSAHİBƏ

“Qəbələ” klubunun baş məşqçisi postuna əsas namizəd Yuri Syominin apasport.az saytına eksklüziv müsahibəsi

- Karyeranızı Azərbaycanda davam etdirmək ehtimalı çoxdur. Sizin kimi adlı-sanlı mütəxəssisin “Qəbələ”də işləyəcəyi rəsmiləşmək üzrədir. Bu barədə nə deyə bilərsiniz? 


- (gülür) Xoş sözlərə görə minnətdaram. Ancaq indi bu haqda danışmaq istəmirəm.

- Hər halda, təklif almısınız və bu haqda düşüncələrinizi bilmək maraqlı olardı... 


- İnciməyin, hələ şərh verə bilmərəm. Qoy, reallaşsın sonra danışaq. 

- Nəzərə alın ki, fikirləriniz bütün postsovet məkanı ölkələri üçün çox maraqlıdır... 


- Şərh o vaxt verilə bilər ki, konkret addım atılsın. Ancaq hələlik bir şey olmadığından, qəti cavab verə bilmərəm. 

- Azərbaycan futbolu haqda düşüncələriniz necədir? 


- Azərbaycan futbolu mənə tanışdır. SSRİ dövründə yaxşı komandalarınız, dahi futbolçularınız olub. Məsələn, Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Nikolay Semiqlazov, Sergey Kramarenko. 

- Sizə tanış olan Azərbaycanda işləməyə maraqlısınız? 


- (gülür) Ola bilər. Bunu zaman göstərəcək.

- Agentiniz Dmitri Selyuk Rusiya mətbuatına açıqlamasında “Qəbələ”dən təklif aldığınızı, amma cavab vermək üçün vaxt istədiyinizi və “Lokomotiv”ə qayıtmağın əleyhinə olmadığınızı deyib... 


- Buna vaxtı gələndə aydınlıq gələcək. 

- “Qəbələ” variantı nə vaxt dəqiqləşəcək? 


- İndi bu suala dəqiq cavab verə və Azərbaycana nə vaxt gələcəyimi bilmirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935
avatar

Oxşar yazılar