“Qəbələ” xorvatiyalı futbolçunu transfer etdi
19 iyul 2019 16:15 (UTC +04:00)

“Qəbələ” xorvatiyalı futbolçunu transfer etdi

2019/20 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 
 
APA-nın məlumatına görə, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatan “qırmızı-qaralar” xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb. 
 
31 yaşlı müdafiəçi ilə müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.
 
Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın “Tomislav” klubunda başlayıb. Juniç ardınca Avstriyada “Singeringer”, “Markt Sankt Martin”, “Donau Lanqenlebarn”, “Austriya-2”, “Mattersburq-2”, “Şteqensbax”, Polşada QKS, Ukraynada “Volın”, “Çernomorets”, Rusiyada “Orenburq” klublarında çıxış edib. Müdafiəçi 2019-cu ilin ilk yarısını Qazaxıstanın “Atırau” komandasında keçirib. O, bu ölkənin çempionatında 18 oyunda 2 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417
avatar

Oxşar yazılar