“Qəbələ” tarixində ilkə imza atdı
09 iyul 2015 23:01 (UTC +04:00)

“Qəbələ” tarixində ilkə imza atdı

0

Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” avrokuboklarda növbəti sınağına çıxıb.

 

Apasport.az saytının məlumatına görə, “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Tiflis “Dinamo”su ilə görüşüb.

 

 

Gürcüstanda məğlub olan Roman Qriqorçukun yetirmələri doğma stadionda 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıblar. Komandamız rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Görüşün başa çatmasına 1 dəqiqə qalmış Sergey Zeynov hesabı açıb, əlavə edilmiş 3 dəqiqədə isə Aleksey Antonov fərqi 2 topa çatdırıb.

 

Bununla da “Qəbələ” tarixində ilkə imza atıb. İndiyədək avrokuboklarda 3 oyun keçirən klub qazandığı ilk qələbə sayəsində II təsnifat mərhələsinə də adlayıb.

 

Avropa Liqası

 

I təsnifat mərhələsi

 

Cavab oyunu

 

 

 

"Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan) - 2:0

 

Qol: Sergey Zenyov, 89, Aleksey Antonov, 90+3

 

Qırmızı vərəqə: Totadze, 71 ("Dinamo")

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar