“Qəbələ” səfərdə sərfəli nəticə arzusunda
16 iyul 2015 07:50 (UTC +04:00)

“Qəbələ” səfərdə sərfəli nəticə arzusunda

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızın bürünc mükafatçısı “Qəbələ” səfərdə Serbiya təmsilçisi “Çukariçki” ilə qarşılaşacaq.

 

İlk turda Tiflis “Dinamo”sunu iki oyunun nəticəsinə görə (1:2, 2:0) mübarizədən kənarlaşdıran əyalət klubu serblərə qarşı da eyni məqsədlə çıxış edəcək.

 

Serbiya Superliqasının gümüş mükafatçısı ilə matçdan sərfəli nəticə ilə qayıtmaq əzmində olan “Qəbələ” cavab matçı üçün üstünlük də qazana bilər. Bunun üçün I təsnifat mərhələsinin hər iki matçında qol sevinci yaşayan “qırmızı-qaralar” bu dəfə də rəqib qapısına yol tapmalı və uduzmamalıdı.

 

Oyunu Rumınyadan olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Radu Petresku, köməkçiləri isə Ovidiu Artene və Vladimir Urzixa olacaq.

 

Qarşılaşmanın 4-cü hakimi Marsel Birsan təyin olunub.

 

Avropa Liqası

II təsnifat mərhələsi

İlk oyun, 16 iyul

 

23:30. “Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan)

 

Baş hakim: Radu Petresku (Rumıniya)
Baş hakimin köməkçiləri: Ovidiu Artene, Vladimir Urzixa (hər ikisi Rumıniya)
Dördüncü hakim: Marsel Birsan (Rumıniya)
 

Belqrad. “Çukariçki” stadionu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar