“Qəbələ” hücumçu ilə gücləndi
02 iyul 2017 22:25 (UTC +04:00)

“Qəbələ” hücumçu ilə gücləndi

0

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

 

Apasport.az saytının məlumatına görə, İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan “qırmızı-qaralar” hücum xəttini legionerlə gücləndirib.

 

Malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “qırmızı-qara” forma geyinəcək.

 

1994-cü il mayın 3-də anadan olan afrikalı forvard karyerasına Fransada başlayıb. Kone 2012-2016-cı illərdə “Bastiya” klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə “Samsunspor”unun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb.

 

2016/17 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda “Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar