“Qəbələ” Avroliqa ilə vidalaşdı
04 avqust 2017 00:15 (UTC +04:00)

“Qəbələ” Avroliqa ilə vidalaşdı

Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edir. Apasport.az saytının məlumatına görə, mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də meydana çıxıb.

 

Əyalət klubu evdə Yunanıstan “Panatinaikos”u ilə görüşüb.

 

Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda da məğlubiyyətə üzülüb.

 

Oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıya təmsilçimiz qolla başlayıb. Monrozun hazırladığı epizodu yunanların müdafiəçisi Moledo öz qapısına göndərib.

 

Ancaq "Qəbələ"nin qol sevinci uzun çəkməyib. Qoldan 10 dəqiqə sonra Lod, daha 4 dəqiqə sonra isə Kabazes vəziyyəti "Panatinaikos"un xeyrinə dəyişib.

 

Matçda başqa qol olmayıb və təmsilçimiz Avroliqa ilə vidalaşıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

3 avqust

 

“Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) - 1:2

Qollar: Moledo, 52 (öz qapısına) - Lod, 62, Kabazes, 66

 

Baş hakim: Kreyq Pauson

Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn

Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 0:1

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar