“Qəbələ” “Fənərbaxça”nı yendi
08 iyul 2013 01:16 (UTC +04:00)

“Qəbələ” “Fənərbaxça”nı yendi

Qəbələ Olimpiya Idman Kompleksində “Qəbələ” ilə “Fənərbaxça”nın boks komandaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, rinqdə 8 çəki dərəcəsində boksçular mübarizə aparıb.

Ancaq bundan öncə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov və “Fənərbaxça”nın boks bölməsinin rəhbəri Mərt Öztəməlin açılış nitqindən sonra döyüşlərə start verilib. İlk öncə səhnəyə dəbilqə ilə döyüşən boksçular çıxıb. 52 kq çəki dərəcəsində Rüstəm Musayev Muhammet Ünlüdən, Hidayət Musayev Hakan Kaynardan (69), Ramil Əhmədov Osman Aydından (75) güclü olub. Yalnız dəbilqəlilərdə Məhəmmədəli Tahirov Şeyda Kəsərlə (91) bacarmayıb. 

Qısa fasilədən sonra dəbilqəsiz boks döyüşlərinə start verilib. Ruslan Alıyev Volkan Gökçəkə (60) qalib gəlsə də, sonrakı döyüşlərdə Şahin Həsənov Yakup Şənərə (69), Elvin Qənbərov isə Öndər Şipala (75) məğlub olub. Yoldaşlıq görüşünün həlledici – son qarşılaşması isə daha maraqlı keçib. Türk idmançısı qalib gəlsəydi, hesab bərabərləşəcəkdi. Ancaq Rahil Məmmədli Avni Yıldırımı (81) məğlub edib. Beləliklə, yoldaşlıq görüşü 5:3 “Qəbələ”nin qələbəsi ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1522
avatar

Oxşar yazılar