“Qarabağ”dan yubiley
08 may 2016 03:27 (UTC +04:00)

“Qarabağ”dan yubiley

0

Topaz Premyer Liqasının XXXIII turunda “Sumqyıt”la qarşılaşan “Qarabağ” ardıcıl 10-cu qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri sonuncu dəfə XXIII turun “İnter”lə oyununda xal itiriblər – 1:1.

 

Bu qələbə ilə Ağdam klubu özünün cari mövsümdəki rekordunu da yeniləyib. "Qarabağ"a qədər rekord XIX-XXIII turlarda 5 qələbə qazanan “Zirə”yə məxsus idi.

 

XXIV turda məhz “Zirə”nin qalibiyyət seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1), “Xəzər Lənkəran” (2:1), "Kəpəz" (4:0), “Neftçi” (2:1), “İnter” (2:0) və “Zirə”ni (2:0) məğlub etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar