Ağdamın “Qarabağ” klubunun futbolçusu Admir Teli “Qəbələ” ilə Topaz Premyer Liqasının XX tur matçında zədələnib. Lent.az-ın məlumatına görə, tibbi müayinə nəticəsində albaniyalı müdafiəçinin sol ayağında 2-ci dərəcəli əzələ dartılması aşkarlanıb.
Telinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
Qeyd edək ki, Admir Teli “Qəbələ” ilə oyunun 12-ci dəqiqəsində xəsarət alıb. Nəticədə 32 yaşlı müdafiəçi yerini İlqar Qurbanova verməli olub.