Ağdamın “Qarabağ” futbol komandası 2014-2015-ci il mövsümdən ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək. Bu barədə Lent.az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Çəlikəlin sözlərinə görə, “Qarabağ” növbəti mövsümdən etibarən rəqiblərini Bakının Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda qəbul etmək niyyətindədir. Klub rəsmisi stadion ərazisindəki oteldə tamamlama işlərinin görüldüyünü, əsas və məşq meydanlarının isə yaxın 6-7 ayadək hazırlanacağını əlavə edib.
Qeyd edək ki, “Qarabağ” 2012-2013-cü il mövsümündən ev oyunlarını Respublika stadionunda keçirir.