“Qarabağ” Respublika stadionuna qayıdır
30 sentyabr 2013 18:09 (UTC +04:00)

“Qarabağ” Respublika stadionuna qayıdır

Futbol üzrə Topaz Premyer Liqasında IX turun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, I dövrənin son turunun bütün oyunları eyni gündə baş tutacaq.

 

Azərbaycan milli komandasının oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığmaları ilə 2014-cü il dünya çempionatının seçmə qrup oyunları ilə əlaqədar növbəti tur oktyabrın 4-ə təyin edilib.

 

Açılış oyunları lider “Qəbələ” və autsayder “Sumqayıt”ın iştirakı ilə keçiriləcək. Tura “Qarabağ” – “Bakı” qarşılaşması yekun vuracaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Beləliklə, Ağdam komandası 2 aylıq fasilədən sonra mərkəzi arenanın xidmətindən yararlana biləcək.


Tur paytaxtdan kənarda keçiriləcək 2 qarşılaşma ilə başlayacaq. Bakıda görüşlər isə bundan sonra start götürəcək. I dövrənin son oyunu isə “Qarabağ” və “Bakı” arasında olacaq. Bu matç Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

16:00. “Sumqayıt” – “İnter” (Bakı)
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16:00. “Qəbələ” – “Neftçi” (Bakı)
Qəbələ şəhər stadionu

18:00. AZAL (Bakı) – “Simurq” (Zaqatala)
Bakı, “AZAL Arena”

18:00. “Rəvan” (Bakı) – “Xəzər Lənkəran”
“Bayıl Arena” stadionu

20:00. “Qarabağ” (Ağdam) – “Bakı”
Bakı, T.Bəhramov adına Respublika stadionu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954
avatar

Oxşar yazılar