Topaz Premyer Liqasının XXXI turunda “İnter”lə qarşılaşan “Qarabağ” ardıcıl 8-ci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, rəqibini 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri sonuncu dəfə XXIII turun məhz “İnter”lə oyununda xal itiriblər – 1:1.
Bununla da Ağdam klubu özünün cari mövsümdəki rekordunu yeniləyib. "Qarabağ"a qədər rekord XIX-XXIII turlarda 5 qələbə qazanan “Zirə”yə məxsus idi.
XXIV turda məhz “Zirə”nin qalibiyyət seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1), “Xəzər Lənkəran” (2:1), "Kəpəz" (4:0), və “Neftçi”ni (2:1) məğlub etmişdi.