“Qarabağ” ardıcıl 7-ci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri sonuncu dəfə XXIII turun “İnter”lə oyununda xal itiriblər – 1:1.
Bununla da Ağdam klubu özünün cari mövsümdəki rekordunu yeniləyib. "Qarabağ"a qədər rekord XIX-XXIII turlarda 5 qələbə qazanan “Zirə”yə məxsus idi.
XXIV turda məhz “Zirə”nin qalibiyyət seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1), “Xəzər Lənkəran” (2:1) və "Kəpəz"i (4:0) məğlub etmişdi.