“Qarabağ” Əfran İsmayılovla vidalaşdı, Ramin Musayevin oğlunu saxladı
20 may 2013 16:50 (UTC +04:00)

“Qarabağ” Əfran İsmayılovla vidalaşdı, Ramin Musayevin oğlunu saxladı

Ağdamın “Qarabağ” klubu 6 futbolçu ilə yollarını ayırıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-a bildirib ki, məşqçilər heyətinin qərarı ilə hücumçu Emeka Opara və yarımmüdafiəçi Əfran İsmayılovla müqavilənin uzadılmamasına qərar verilib.

Opara "Qarabağ"a bu qış transfer edilib. Ağdam klubunun yetirməsi olan İsmayılov isə futbolçu karyerası ərzində yalnız bu komandada çıxış edib.

Qeyd edək ki, “Qarabağ” daha öncə Kristian Torres, Elnur Abdulov, Zaur Həşimov və Emin İmaməliyevlə də müqavilənin uzadılmamasına qərar verir. Lakin qışda transfer olunan, amma əsas komandada çox nadir hallarda görünən Elvin Musazadə komandada saxlanılıb. Musazadə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin oğludur. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu məhz Musayevlə dostluq münasibətləri səbəbindən komandaya götürdüyünü etiraf edib.

# 1411
avatar

Oxşar yazılar