Ağdamın “Qarabağ” klubu yerli futbolçuları ilə müqavilələri uzatmağa başlayıb. Lent.az-ın məlumatına görə, klub rəhbərliyi bu dəfə qapıçı Fərhad Vəliyev və dayaq yarımmüdafiəçisi Namiq Yusifovu razı salıb.
33 yaşlı Vəliyev 2007-ci ilin yayından, 27 yaşlı Yusifov isə 2008-ci “Qarabağ”da çıxış edir. Hər 2 oyunçu ilə 2015-ci ilin yayınadək anlaşma əldə olunub.
Qeyd edək ki, “Qarabağ” daha öncə hücumçu Vüqar Nadirov və müdafiəçi Maksim Medvedevlə müqaviləni daha 2 il uzadıb.