Ağdamın “Qarabağ” klubu futbol üzrə Topaz Premyer Liqasında ilk “altılığ”ın ən yaxşı komandası olub. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının təqdim etdiyi statistikada baş məşqçi Qurban Qurbanovun komandasının final mərhələsindəki 10 qarşılaşmada hamıdan çox - 20 xal toplamağı bacardığı bildirilir.
Ağdamlılar bu göstəricidə ölkə çempionu “Neftçi”ni 2 xal qabaqlayıb. Digər komandalar isə yekun cədvəlində olduğu kimi eyni mövqelərdə qərarlaşıb. İlk “altılıq”da “Qarabağ” ən çox qələbə qazanan və ən az qol buraxan komanda olub. Ən məhsuldar komanda isə “İnter”dir. “Neftçi” ilə “Qarabağ” ən az uduzan komandalardır.
Ən az qələbə, ən çox məğlubiyyət, ən az qol, ən çox buraxılan qol isə ən az xal toplayan “Qəbələ”nin hesabındadır.
Qeyd edək ki, Premyer Liqada daha öncə final mərhələsi təsnifat mərhələsindəki xallar nəzərə alınmadan keçirilib. Yenə də eyni sistem olsaydı, çempionluğu “Neftçi” yox, “Qarabağ” bayram edə bilərdi.
Qarabağ (Ağdam) |
6 |
2 |
2 |
13 - 7 |
20 |
Neftçi (Bakı) |
5 |
3 |
2 |
12 - 8 |
18 |
İnter (Bakı) |
5 |
1 |
4 |
14 - 10 |
16 |
Simurq (Zaqatala) |
3 |
3 |
4 |
7 - 11 |
12 |
Bakı |
3 |
2 |
5 |
9 - 12 |
11 |
Qəbələ |
1 |
3 |
6 |
6 - 13 |
6 |
İkinci “altılıq”da isə ən yaxşı nəticə Bakı klublarına məxsusdur. AZAL hamıdan öndə qərarlaşıbsa, “Rəvan” 2-ci sıradadır. “Turan” isə hamıdan zəif çıxış edib. Maraqlıdır ki, buradakı heç-heçələrin hamısı “Xəzər Lənkəran”la bağlıdır.
AZAL (Bakı) |
9 |
1 |
0 |
25 - 7 |
28 |
Rəvan (Bakı) |
6 |
0 |
4 |
23 - 18 |
18 |
Sumqayıt |
4 |
1 |
5 |
11 - 10 |
13 |
Xəzər Lənkəran |
3 |
3 |
4 |
8 - 10 |
12 |
Kəpəz (Gəncə) |
3 |
0 |
7 |
11 - 19 |
9 |
Turan (Tovuz) |
2 |
1 |
7 |
10 - 24 |
7 |