Futbol üzrə Topaz Premyer Liqasında XXXI turun oyun cədvəli açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalar 2 günə təsadüf etsə də, eyni saatda başlanacaq.
İlk oyun günündə autsayderlər qrupundakı komandaların iştirakı ilə 2 oyun baş tutacaq. İkinci “6-lığ”ın daha bir görüşü isə ertəsi günə təsadüf edəcək. Bu, Bayıl Arena”dan ev meydançası kimi yararlanan “Rəvan” və “Sumqayıt”ın rəqiblərini öz yerində qəbul etməsi ilə əlaqədardır. Ötən tur “Simurq”la görüşdə qələbəyə nail ola bilməyən “Neftçi” çempionluğunu rəsmiləşdirmək üçün səfərdə “Qəbələ”dən xal almağı bacarmalıdır. Amma flaqman uduzsa da, çempion ola bilər. Bunun üçün “Qarabağ” “Bakı” ilə matçda xal itirməlidir. Digər tərəfdən, Ağdam komandasının xal itkisi “İnter”in də işinə yaraya bilər. Çünki paytaxt təmsilçisinin öz kiçik qardaşı “Simurq”a Zaqatalada da qalib gələcəyi şübhə doğurmur.
13 may (bazar ertəsi)
“Turan” (Tovuz) – “Kəpəz” (Gəncə)
Bakı, “Dalğa Arena”
“Sumqayıt” – “Xəzər Lənkəran”
Bakı, “Bayıl Arena” stadionu
14 may (çərşənbə axşamı)
“Rəvan” (Bakı) – AZAL (Bakı)
Bakı, “Bayil Arena”
“Qarabağ” (Ağdam) – “Bakı”
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
“Simurq” (Zaqatala) – “İnter” (Bakı)
Zaqatala şəhər stadionu
“Qəbələ” – “Neftçi” (Bakı)
Qəbələ şəhər stadionu
Qeyd edək ki, bütün oyunlar saat 17:30-da başlanacaq.