Ağdamın “Qarabağ” klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsinə vəsiqə şansı tamamilə itib. Lent.az-ın məlumatına görə, danışılmış oyunlarda iştirakı səbəbindən kənarlaşdırılan Türkiyə “Fənərbağça”sını Kipr APOEL-i əvəzləyib.
Bu, az öncə UEFA-nın keçirdiyi püşkatma nəticəsində məlum olub.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının “pley-off” mərhələsində Almaniya “Ayntraxt”ına Bakıda 0:2, Frankfurtda 1:2 hesabı ilə uduzub.