“Qalatasaray”ın “Fənərbaxça”lı çıxan məşqçisi etiraf etdi, istefa verdi!
22 may 2013 19:32 (UTC +04:00)

“Qalatasaray”ın “Fənərbaxça”lı çıxan məşqçisi etiraf etdi, istefa verdi!

0

 

“Twitter” sosial şəbəkəsində “Qalatasray” komandasının kapitanı Səbri və Engini hədəf alan mesajlar yazmaqla “Fənərbaxça” tərəfdarı olduğu üzə çıxan məşqçi Duyğu Ərdoğan istefa verib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Qalatasaray” komandasının qadın məşqçisinin dünən “Qalatasaray” rəhbərliyinin ünvanladığı sualları cavablandırdığı və sosial şəbəkədəki mesajların ona məxsus olduğunu etiraf etdiyi üzə çıxıb.

Daha sonra Duyğu Ərdoğan “Qalatasaray” klubunun rəhbərliyinə istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, “Qalatasaray” komandasının baş məşqçisi Fateh Terim Duyğu Ərdoğanı staj keçməsi üçün məşqçi kimi komandanın məşqlərinə çıxarırdı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1161

Oxşar yazılar