Türkiyənin “Qalatasaray” klubu yeni futbolçu transfer edib. Lent.az-ın məlumatına görə, “Cim-Bom” Portuqaliyanın “Sportinq” komandasından Brumanı heyətinə qatıb.
19 yaşlı hücumçu ilə 5 illik müqavilə bağlanılıb. “Sportinq”ə isə 12 milyon avro ödəniləcək.
Qeyd edək ki, əsl adı Armindu Tue Na Banqna olan Bruma Qvineyada doğulub. Hazırda Portuqaliyanın aşağı yaş qrupu üzrə millisinin üzvü olan hücumçu Türkiyədə 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatında göstərdiyi oyunla diqqət mərkəzinə düşüb.