Türkiyə Super Kuboku uğrunda matç Manisa əyalətinin Soma şəhərində keçiriləcək. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, superliqanın qalibi “Fənərbağça” Türkiyə kubokunun sahibi “Qalatasaray”la super kubok uğrunda məhz Somada qarşılaşacaq. Oyun avqustun 15-i, və ya 16-da keçiriləcək. Tarix hələlik Türkiyə Futbol Federasiyası tərəfindən dəqiqləşdirilməyib.
Həmin matçdan əldə olunan bütün gəlirlər Somada kömür mədənində baş verən partlayışda yaxınlarını itirən və zərərçəkən ailələrə veriləcək.