“Qalatasaray” ciddi itkiylə üzləşib. Apasport.az saytının məlumatına görə, “cim-bom” ulduz oyunçu Uesli Sneyderi itirib.
Holland futbolçu komandanın dünənki məşqində zədələnib. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, həkimlərin ilkin müayinəsindən sonra yarımmüdafiəçinin ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Bu isə o deməkdi ki, Uesli Türkiyə Super Liqasının “Antalyaspor” və “Gənclərbirliyi” ilə oyunlarında “aslanlar”a kömək edə bilməyəcək.