“Qalatasaray”ın futbolçuları Türkiyə superliqasının son turunda "Kayseri Erciyesspor" matçına meydana şaxtaçı dəbilqəsi ilə çıxıblar. Lent.az-ın məlumatına görə, oyunçular bu addımla Somada həlak olan şaxtaçıların ailələrinin dərdinə şərik olduqlarını bildiriblər və ölənlərin xatirəsini yad ediblər. Oyun İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Erciyesspor”la oyundan əldə edilən bütün vəsait həlak olan şaxtaçıların ailələrinə veriləcək.