Dünən Azərbaycan mətbuatında “Qarabağ” və “Qalatasaray” klubları arasında yoldaşlıq görüşü keçiriləcəyi ilə bağlı məlumat yayımlanmışdı. İki klubun martın 29-da Bakıda üz-üzə gələcəyi deyilirdi.
Lent.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, "Qalatasaray” klubunun mətbuat xidmətinin rəhbəri Alper Mert deyib ki, belə bir matç nəzərdə tutulub: "Hazırda danışıqlar gedir. Oyunun olma ehtimalı yüksəkdir. Fikrimcə, bu qarşılaşma Bakıda baş tutacaq”.