“Qalatasaray” “Türk tankı”nı aldı
25 may 2014 21:24 (UTC +04:00)

“Qalatasaray” “Türk tankı”nı aldı

“Qalatasaray” futbol klubu Fransanın “Sent-Etyen” klubunda çıxış edən “Türk tankı” ləqəbli Mevlüt Erdincilə razılığa gəlib. Apasport.az saytının məlumatına görə, artıq futbolçu ilə protokol da imzalanıb.

 

Erdincin keçidi üçün “Sent-Etyen”ə 4 milyon avro ödəniləcək. Futbolçunun özü isə ildə 2,3 milyon avro alacaq. Erdinclə 3+1 illik protokol imzalanıb.

 

Qeyd edək ki, “Fənərbaxça” bu məsələdə də “Qalatasaray”a badalaq vurub. “Aslan” Erdinclə 2 milyon avroya razılaşdığı bir vaxtda «Fənərbaxça» da futbolçuya təklif irəli sürüb. Bundan sonra «Qalatasaray» başqanı Ünal Aysal futbolçunun illik məvacibini daha 300 min avro qaldırmalı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2339
avatar

Oxşar yazılar