“Qalatasaray” “Qazprom”la danışıqlara başladı
24 aprel 2014 16:00 (UTC +04:00)

“Qalatasaray” “Qazprom”la danışıqlara başladı

Türkiyənin “Qalatasaray” klubu Rusiyanın “Qazprom” şirkəti ilə sponsorluq anlaşması istiqamətində danışıqlara başlayıb. “Lent.az-ın “Sabah” qəzetinə istinadən məlumatına görə, “sarı-qırmızılar”ın “Türk Telekom”la forma reklamı müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

Yeni forma reklamı üçün “Cim-Bom” rəhbərliyi əvvəlcə “Emirates”lə danışıqlar masasına oturub. Sonradan daha bir cəlbedici təklif “Qazprom”dan gəlib. Amma Rusiya şirkəti vəd etdiyi anlaşmanı “Qalatasaray”ın Çempionlar Liqasına vəsiqə qazanacağı halda, bağlayacaq.

 

Artıq “Qazprom” beynəlxalq sosial məsuliyyət layihəsi olan “Dostluq üçün Futbol” çərçivəsində “Qalatasaray”ın Florya”dakı bazasında bu gün tədbir keçirəcək. Saat 16:30-da “sarı-qırmızılar”ın 14 yaşadək futbolçulardan ibarət komandası “Bursaspor”lu həmyaşıdları ilə yoldaşlıq görüşünə çıxacaq. Bu tədbirin məhz reklam anlaşması öncəsi münasibətləri yüksək səviyyəyə çatdırmaq üçün həyata keçirildiyi bildirilir. 

 

Qeyd edək ki, Rusiya “Zenit”inin sponsoru olan “Qazprom” Almaniya “Şalke”si ilə forma reklamı sponsoru, “Çelsi”nin sponsoru, iki mövsümdür Çempionlar Liqasının rəsmi dəstəkçisidir. Şirkət Serbiya “Srvena Zvezda”sı ilə də 4 il öncə anlaşıb.

 

# 690
avatar

Oxşar yazılar