“Niyə də möcüzə etməyək?” – “Kukesi”nin baş məşqçisi
22 iyul 2018 13:06 (UTC +04:00)

“Niyə də möcüzə etməyək?” – “Kukesi”nin baş məşqçisi

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Kukesi”nin baş məşqçisi Armando Kunqu Albaniya mətbuatına müsahibəsində hədəflərindən söz açıb. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis iddialı danışıb.

 

- İlk mərhələdə sıx müdafiə olunan və irəlidə pressinq etməyən komanda gördük. “Qarabağ”la matçda da bu taktikadan yararlanacaqsınız?

 

- Bunu oyun göstərəcək. Hələ ki, matçın heyətini müəyyənləşdirməmişəm. Çox diqqətli olmalıyıq. Çünki böyük potensiala malik rəqiblə qarşılaşacağıq. “Qarabağ” hər il avrokuboklarda iştirak edir, hətta ötən mövsüm Çempionlar Liqasının qrupunda yer alıb. Bu üzdən onlarla ilk görüşdə qol buraxmamaq çox önəmlidi. Ələ düşən fürsətlərdən də yararlanmağa çalışacağıq.

 

- Rəqibin gücünə bələdsiniz. “Kukesi” 5 il əvvəl olduğu kimi, möcüzə edə bilərmi?

- Hər zaman əlimdən gələni etmişəm. Bilmək kifayət etmir. Bunun bir “savaş” olduğunu bilmək və hazır oyunçularla çıxış etmək vacibdi. Futbolçular meydanda düzgün oynamadığı zaman baş məşqçi işləyə bilmir. Hazırda komandanın ciddiliyindən, hazırlığından və məşqdəki əzmindən razıyam. İndi bunlar məni məmnun edir, ancaq bu da kifayət deyil. Oyunçuların vəziyyəti dəyişmələrini gözləyirəm. Futbolda hər cür nəticə qeydə alına bilər.

 

- “Kukesi”yə gələndə hədəfiniz nə idi? “Valletta”nı keçmək, yoxsa daha çox irəliləmək?

- Hədəflər heç vaxt bitmir. İlk məqsəd “Valletta”nı keçmək və təxminən 1 milyon avroluq büdcəyə sahib olmaq idi. Belədə kluba yatırım edən prezidentə kömək etmiş olarıq. Mərhələ keçdikdə komandada istək, hədəf daha da böyüyür, motivasiya yüksəlir. Dünya çempionatında böyük komandaların necə tez mübarizəni dayandırdıqlarını və heç kimin ciddi qəbul etmədiyi yığmaların irəlilədiklərini gördük. Futbol qəribə idman növüdü. Niyə də biz möcüzə etməyək?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428
avatar

ApaSport TV

Oxşar yazılar