“Neftçi”nin yeni transferi: “Messiyə qarşı oynaya bilərəm”
29 iyun 2013 17:49 (UTC +04:00)

“Neftçi”nin yeni transferi: “Messiyə qarşı oynaya bilərəm”

“Neftçi” klubu Hollandiyanın NEC komandasının futbolçusu Melvin Platyeni transfer edib. Lent.az-ın ANP agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün 2 klub arasında razılıq əldə olunub.

25 yaşlı forvardla iyunun 29-da 2 illik müqavilə bağlanılacaq. Platye yerli agentliyə müsahibəsində “Neftçi”ni böyük klub adlandırıb: “Artıq yeni klubumdan məlumatlıyam. Komanda barədə fotolarla internetdə tanış olmuşam. Ardıcıl 3 dəfə çempion olduqlarını bilirəm. Hazırda Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşırlar. Bu məqsədlə Avstriyada təlim-məşq toplantısındadırlar. Mən də iyunun 29-da Avstriyaya yollanaraq, yeni komandama qoşulacağam”.

“Neftçi”dən maliyyə anlamında gözəl təklif aldığını deyən Platye Azərbaycanı da tərifləyib: “Mənim dostum Azərbaycandan qayıdır. Dedi ki, gözəl yerdir, orada yaşaya bilərsən. Bakı isə bu ölkənin paytaxtıdır”.

Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya“Skenderbeu”suna böyük ehtimalla qalib gələcəklərini söyləyən hücumçu tezliklə İspaniya “Barselona”sının forvardı Lionel Messiyə qarşı oynamasının mümkünlüyünü də bildirib: “Əlbəttə, Messiyə qarşı oynaya bilərəm. Bu, çox gözəl olardı”.

Qeyd edək ki, Melvin Platye peşəkar futbolçu karyerasına 2007-ci ildə Hollandiyanın “Volendam” komandasında başlayıb. O, 4 mövsüm ərzində 100 oyuna 43 qol vurub. 2011-ci ilin yayında Platye NEC-ə keçib. Bu komandada isə hücumçu 52 matçda 13 dəfə fərqlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404
avatar

Oxşar yazılar