“Neftçi”nin futbolçusu üsyan etdi
21 fevral 2014 18:40 (UTC +04:00)

“Neftçi”nin futbolçusu üsyan etdi

“Son iki turda adi oyun epizodlarına görə mənə sarı vərəqə göstərilib. “Xəzər Lənkəran”la oyunda hakim rəqib futbolçuların demək olar ki, bütün kobudluqlarına göz yumurdu. “Bakı” ilə qarşılaşmada rəqib futbolçu məni tapdalasa da, sarı vərəqə mənə göstərildi. “İnter”lə oyunda da eyni vəziyyətlə üzləşdim. Rəqib komandanın futbolçusu Brüs Abdulaye əllə oynadığı üçün ikinci sarı vərəqəni almalı idi”. Lent.az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Ernest Nfor klubun rəsmi saytına deyib.

 

O, özünə sarı vərəqənin göstərilmə səbəbini anlamadığını bildirib: “Mən bunu Avropa təcrübəmə əsaslanıb deyirəm. Bəlkə burada fərqli qaydalar tətbiq olunur, amma mənim bundan xəbərim yoxdu?! Üstəlik, mənə nə üçün sarı vərəqə göstərildiyini də başa düşmədim”.

 

“Sumqayıt”la oyuna Nfordan əlavə, “Neftçi”nin daha 5 futbolçusu sarı vərəqə limitini doldurma təhlükəsi ilə çıxacaq. Kamerunlu hücumçu əlavə edib: “Belə gərginlik altında necə oynamaq olar?! Ondan sonrakı tur “Qarabağ”la vacib matçımız var. Həmin qarşılaşmada Bruno Bertuççi və Karlos Kardoso meydanda olmayacaq. Bizdən də kimsə “Sumqayıt”la oyunda sarı vərəqə alsa, həmin matçı buraxmalı olacaq. Belə vəziyyətdə çempionluq uğrunda hansı sağlam rəqabətdən söhbət gedə bilər?!”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997
avatar

Oxşar yazılar