“Neftçi”nin futbolçusu şərəf və xoşbəxtlikdən danışdı
23 may 2013 15:36 (UTC +04:00)

“Neftçi”nin futbolçusu şərəf və xoşbəxtlikdən danışdı

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov “Neftçi” klubu ilə müqaviləsini yeniləyib. Lent.az-ın məlumatına görə, təcrübəli müdafiəçi ilə daha 1 il müddətinə müqavilə bağlanılıb.

 

Vitse-kapitan bununla bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb: “Özümü çox xoşbəxt hiss edirəm. Klub rəhbərliyinin göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ağ-qara formanı geyinmək həm böyük şərəf, həm də məsuliyyətdir. Əsas məqsədimiz avrokuboklardakı uğurumuzun davamını gətirməkdir”.

 

Bu mövsüm karyerasında ilk dəfə Azərbaycan çempionluğu sevincini yaşadığını deyən Şükürov növbəti hədəfinin ölkə kubokunu qazanmaqdan ibarət olduğunu açıqlayıb: “Bu çempionluq mənim üçün xüsusilə əlamətdar oldu. Çünki karyeramda ilk qızıl medalları “Neftçi”nin heyətində əldə etdim. Ölkə kubokunu da qazanaraq, qızıl dubl etmək şansımız var. Bununla yanaşı, Azərbaycan futbol tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsində oynadıq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568
avatar

Oxşar yazılar