“Neftçi”nin futbolçusu “Xəzər Lənkəran”a keçdi
11 iyun 2014 11:08 (UTC +04:00)

“Neftçi”nin futbolçusu “Xəzər Lənkəran”a keçdi

Rəşad Sadiqovun “Xəzər Lənkəran”-a keçidi reallaşıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, “Neftçi” müqaviləsi olmasına baxmayaraq, yarımmüdafiəçinin cənub təmsilçisinə keçidinə razılıq verib.

 

Türkiyəli çalışdırıcı Oğuz Çətin “ağ-yaşıllar”-ın baş məşqçisi təyin edildikdən sonra əsas hədəfinin yerli futbolçular olduğunu bildirərək, klub rəhbərliyindən Sadiqovun transferini istəmişdi. Lakin yarımmüdafiəçinin “ağ-qaralar”la müqaviləsinin olması bu keçidə mane olurdu.

 

“Neftçi” rəsmiləri isə futbolçunu satmağa hazır olduqlarını dəfələrlə bildirmişdilər. Bir müddətdir danışıqlar davam etsə də, nəticəsi bəlli olmurdu. Sadiqov özü “Xəzər Lənkəran”-a keçmək üçün razılıq versə də, əsas məsələ onun klubu ilə həll olunmalı idi. Bu günlərdə tərəflər arasında futbolçunun transferi qarşılığında ödəniləcək məbləğ razılaşdırılıb və paytaxt klubunun rəhbərliyi yarımmüdafiəçiyə getməyə icazə verib. Yaxın günlərdə onun “ağ-yaşıllar”-la rəsmi müqaviləyə imza atacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar