Transfer çalışmalarını davam etdirən "Neftçi” daha bir keçidi rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, qanalı futbolçu Kvame Karikari ilə 2 il müddətinə müqavilə imzalanıb.
26 yaşlı hücumçu komandada 11 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Əl Ərəbi” (Qətər) olan Kvame Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkesirspor”, Norveçin "Hauqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib
Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçilər – Rəşad Eyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko və Baqali Dabonun keçidini rəsmiləşdirmişdi.