Futbol üzrə Topaz Premyer Liqasında XXX tura yekun vurulub. Lent.az-ın məlumatına görə, turun 6 qarşılaşmasında qapılara cəmi 9 qol vurulub.
Qollardan 4-ü autsayder “Kəpəz”lə “Rəvan” arasındakı görüşə təsadüf edib. Baş məşqçi Mahmud Qurbanovun komandası 3:1 hesabı ilə qalib gəlsə də, bu, heç nəyi dəyişdirməyib. “Kəpəz” yenə sonuncu pillədə qalıb.
Lider “Neftçi” isə mövsümün sonuna 2 tur qalmış çempion olmaq imkanını əldən verib. Ən yaxın izləyicisi “Qarabağ”ın “İnter”lə görüşdə xal itirməsindən sonra flaqman “Simurq”a qalib gəlsəydi, ardıcıl 3-cü çempionluğu təmin edə bilərdi. Lakin bu görüşdə heç-heçə qeydə alınıb. “Qəbələ” isə ilk “6-lıq”da birinci qələbəsini səfərdə “Bakı” üzərində qazanıb.
“Neftçi”dən fərqli olaraq, AZAL ikinci “6-lıq”da çempionluğu rəsmiləşdirib. Baş məşqçi Vaqif Sadıqovun komandası bu dəfə “Sumqayıt”ı minimal hesabla yenib.
9 may
“Neftçi” (Bakı) – “Simurq” (Zaqatala) – 1:1
Qollar: Culius Vobay, 26 - Rəşad Eyyubov, 14
“İnter” (Bakı) – “Qarabağ” (Ağdam) – 0:0
“Bakı” – “Qəbələ” – 0:1
Qol: Rodriges Assis, 65
8 may
“Xəzər Lənkəran” – “Turan” (Tovuz) – 1:0
Qol: Kazım Kazımlı, 43
AZAL (Bakı) – “Sumqayıt” – 1:0
Qol: Junior Nildo, 70
“Kəpəz” (Gəncə) – “Rəvan” (Bakı) – 3:1
Qollar: Bujamin Asani, 41. Vladislav Serebryakov, 82; 89 - Vüsal Qarayev, 90+3
Turnir cədvəli:
PREMYER LİQA |
|
|
|
komanda |
o |
q |
h |
m |
t |
x |
1 |
Neftçi |
30 |
19 |
4 |
7 |
58-30 |
61 |
2 |
Qarabağ |
30 |
15 |
10 |
5 |
40-25 |
55 |
3 |
İnter |
30 |
15 |
9 |
6 |
37-21 |
54 |
4 |
Simurq |
30 |
11 |
11 |
8 |
31-26 |
44 |
5 |
Bakı |
30 |
8 |
14 |
8 |
31-24 |
38 |
6 |
Qəbələ |
30 |
10 |
7 |
13 |
31-38 |
37 |
AZAL |
30 |
14 |
9 |
7 |
48-29 |
51 |
|
8 |
Xəzər L |
30 |
10 |
10 |
10 |
39-34 |
40 |
9 |
Rəvan |
30 |
11 |
4 |
15 |
41-48 |
37 |
10 |
Sumqayıt |
30 |
8 |
8 |
14 |
29-47 |
32 |
11 |
Turan |
30 |
7 |
6 |
17 |
29-53 |
27 |
12 |
Kəpəz |
30 |
4 |
4 |
22 |
18-57 |
16 |
Bombardir: Nikolas Kanales (“Neftçi”) – 26 qol.