Bakının "Neftçi” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib.
APA-nın məlumatına görə, Azərbaycanın ən titullu klubu Ukraynanın "Vorskla” komandası ilə qarşılaşıb.
"Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutan görüşdə "ağ-qaralar” 2:3 hesabı ilə məğlub olublar. "Neftçi”nin heyətində Vanqelis Platellas (29-cu dəqiqə) və Dario Frederiko (33-cü dəqiqə) fərqlənib.
Qeyd edək ki, sabah vətənə qayıdacaq “Neftçi” bunadək iki yoxlama oyunu keçirib. “OİK-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gələn bakılıların “Politexnika” (İaşi, Rumıniya) ilə görüşü duman üzündən 11-ci dəqiqədə yarımçıq dayandırılıb.