“Neftçi” sonuncu oldu, “Qəbələ” bürüncü əldən verdi
01 iyun 2014 16:34 (UTC +04:00)

“Neftçi” sonuncu oldu, “Qəbələ” bürüncü əldən verdi

0

15 yaşadək futbolçular arasında keçirilən III Qəbələ Kubokunda bu gün son oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizdən əvvəlcə “Neftçi” turnirin sonuncusu olmamaq üçün Moskva “Lokomotiv”i ilə mübarizə aparacaq.

 

Saat 15:00-da isə meydan sahibləri bu turnirin tarixində ilk dəfə bürünc medallar üçün döyüşəcək. Rəqib Vyana “Rapidi” olacaq. Gecənin matçı isə 18:30-a təyin olunub. Finalda “Anderlext”lə “Fənərbaxça” çıxış edəcək. “Sarı bülbüllər” qalib gələcəkləri halda “Qalatasaray”dan sonra bu turnirin qalibi olan 2-ci Türkiyə təmsilçisi olacaq. Saat 20:00-da isə turnirin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.

 

01 iyun

 

"Neftçi" - "Lokomotiv" (7-ci yer uğrunda) - 0:1

 

"Liverpul" - "Udineze" (5-ci yer uğrunda) - 1:1 

Penaltilər: 5:6

 

"Qəbələ" - "Rapid" (3-cü yer uğrunda) - 0:3

Qollar: Endi Alvanits, 22; Feliks Höpler, 26

 

18:30 "Anderlext" - "Fənərbaxça" (FİNAL)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1129

Oxşar yazılar