“Neftçi” mərhələni keçə bilmədi
10 iyul 2015 02:39 (UTC +04:00)

“Neftçi” mərhələni keçə bilmədi

“Neftçi” Avropa Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi I təsnifat mərhələsinin cavab oyununda “Mladost”la qarşılaşıb.

 

Bakıda keçirilmiş ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alındığından Samir Əliyevin yetirmələri səfərdə qalib gəlməyə borclu idilər.

 

"Neftçi" oyuna fəal başlasa da ilk hissədə hesabı açmaq mümkün olmadı. İkinci hissədə hücumların kəsərini və intensivliyini bir az da artıran "ağ-qaralar" nəhayət 72-ci dəqiqədə istəklərinə çatdılar.

 

Komandanın lideri və kapitanı Araz Abdullayev sağ cinahdan fərdi reydini dəqiq zərbə ilə tamamlayaraq hesabı açdı.

 

Təmsilçimiz qoldan sonra irəli atılan rəqibini bir neçə əks-hücum epizodunda tutsa da, hesabı daha da artırmaq mümkün olmadı. Bir dəfə topun qapıdan keçməsinə dirək mane oldusa da, bir neçə epizodda da oyunçuların qeyri-dəqiqliyi sevincimizə əngəl oldu.

 

Rəqib isə oyunun sonu yaxınlaşdıqca təzyiqi artırdı və matça əlavə olunmuş 6 dəqiqənin 1-ci dəqiqəsində hesabı bərabərləşdirə bildi.

 

Bu isə oyunda vurulan son qol oldu.

 

Qeyd edək ki, hər iki qarşılaşmada da bərabərlik qeydə alınmasına baxmayaraq (2:2, 1:1) səfərdə vurulmuş qolun hesabına mərhələni keçən tərəf Monteneqro təmsilçisi oldu.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

 

“Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan) - 1:1

Qol: Vukoviç, 90+1 - Araz Abdullayev, 72

 

Hakimlər: Kevin Klensi, Alastair Mazer, Stüart Yan Makmillan, Brayan Kolvin (hamısı Şotlandiya)

Podqoritsa. Şəhər stadionu

 

İlk oyun – 2:2

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar

O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44
“Real” Xabi Alonsonun  təqdimat tarixini  müəyyənləşdirdi

“Real” Xabi Alonsonun təqdimat tarixini müəyyənləşdirdi

23 may 2025 , 15:55