Topaz Premyer Liqasının XXVII turu çərçivəsində baş tutan “İnter” - “Neftçi” oyunundan sonra qonaqların futbolçularının mətbuatdan qaçması diqqət çəkib.
Apasport.az saytının matçı izləyən əməkdaşının verdiyi məlumata görə, klub rəsmiləri israrla bir neçə futbolçunu ənənəvi oyunsonrası açıqlamalar üçün dəvət etsə də, heç kəs media ilə ünsiyyətdə olmaqda maraqlı olmayıb.
Cavid İmamverdiyev, Araz Abdullayev kimi futbolçular buna səbəb göstərməsələr də, Anyete və digər əcnəbilər isə dilimizi bilməməyi bəhanə edərək açıqlama verməkdən imtina ediblər.
Paytaxt klubunun futbolçularının bu boykotunun səbəbi qaranlıq qalsa da, hər halda heç də xoş qarşılanmayıb.
Qeyd edək ki, “İnter” – “Neftçi” - 0:1 hesabı ilə başa çatıb.