“Neftçi” rəhbərliyi braziliyalı futbolçu Flavinyo ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının xəbərinə görə, “ağ qaralar”la müqaviləsi başa çatan legionerlə danışıqlar müsbət yekunlaşıb. Yarımmüdafiəçi bundan sonra daha 2 il paytaxt klubunun şərəfini qoruyacaq.
Tam adı Flavio Aleks Valensio olan futbolçu 2010-cu ildən “Neftçi”nin şərəfini qoruyur. Komandanın əsas futbolçularından sayılan yarımmüdafiəçi “ağ qaralar”ın heyətində indiyə qədər 101 oyunda meydana çıxıb və 28 qol vurub.