“Neftçi” baş məşqçini bu ölkəyə getməyə qoymadı
04 sentyabr 2019 11:59 (UTC +04:00)

“Neftçi” baş məşqçini bu ölkəyə getməyə qoymadı

0

Bakının “Neftçi” klubunun italiyalı baş məşqçisi Roberto Bordinin karyerasını Kiprdə davam etdirmək variantı gerçəkləşməyib.

APA-nın məlumatına görə, “Apollon” klubu 54 yaşlı mütəxəssisi “sükanı arxası”nda görmək istəsə də, Azərbaycanın ən titullu komandası baş məşqçisini buraxmayıb.

Çalışdırıcısı Sofronis Avqustini istefaya göndərmək niyyətində olan Kipr təmsilçisinin prezidenti Nikos Kirzis R.Bordinlə danışıqlara başlayıb. Lakin bakılılar italiyalı mütəxəssisin müqaviləsi olduğunu əsas gətirərək danışıqların dayandırılmasına səbəb olublar. “Neftçi” rəsmiləri “Apollon” rəhbərliyinə baş məşqçinin mövsümün sonunadək postunda qalacağını bildiriblər.

Qeyd edək ki, R.Bordinin “Neftçi” ilə müqaviləsi 2020-ci il mayın 31-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 661

Oxşar yazılar