“Xəzər Lənkəran” komandası ilə mayın 28-də keçirilmiş Azərbaycan Kubokunun final matçından sonrakı olaylar zamanı vəzifə təlimatlarını düzgün yerinə yetirməyən “Neftçi” klubunun Təhlükəsizlik Xidmətinin işinə yenidən baxılacaq. Lent.az-ın paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə flaqman rəhbərliyi qərar qəbul edib.
Bundan başqa günahkar şəxslərin cəzalandırılması barədə sərəncam verilib.