“Neftçi” Təbrizin “Traktorsazi” futbol klubunu İran kubokunu qazanması münasibətilə təbrik edib. Lent.az-ın məlumatına görə, Azərbaycan çempionu tərəfindən göndərilən rəsmi məktubda “Traktorsazi”yə yoldaşlıq oyunu keçirmək təklif edilib.
Bu barədə İran mətbuatında da məqalələr dərc olunub. Yazıların birində “Traktorsazi”nin baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında “Neftçi”nin təklifinə münasibəti dərc olunub. Oliveyra deyib ki, belə bir oyun komandası üçün çox faydalı ola bilər.
Digər məqalədə “Neftçi”nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, “Neftçi” sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı “Traktorsazi” və “Maşınsazi” klublarını uyğun olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.